Yaddas kitabcasi

İsmayıllının Əhən kəndi yeni inkişaf dövrünü yaşayır

????????????????????????????????????

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sakinlərlə növbəti görüş-qəbulu Əhən kəndində keçirilib. Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial həyatı yeniləşdirən sərəncamları, gündəlik diqqəti və qayğısı sayəsində  İsmayıllı, xüsusilə Əhən kəndinin yerləşdiyi dağlıq ərazi yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin sərəncamları ilə Dəmirçi-Lahıc asfalt yolu, Lahıca qaz kəməri çəkilib. Burada orijinal, Lahıcın memarlığına uyğun layihə əsasında yeni məktəb tikilib. Dağlıq ərazinin abadlaşdırılması, bu yerlərdə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, körpülər salınması, məktəblərin tikintisi davam etdiriləcək. Qaz xətti və asfalt yollar çəkilişi tədricən şaxələnib, çox yerləri əhatə edəcək. Yaxşı haldır ki, Əhənin özünüidarə və icra orqanları təşəbbüskar mövqe tutur, bələdiyyə yeni layihələrdə fəal iştirak edir. Kənd sakinlərinin təsərrüfat fəaliyyəti üçün lazımi şərait yaradılıb, yola çınqıl döşənərək nəqliyyatın hərəkəti üçün normal şərait yaradılıb, mərasim  evinin tikintisinə başlanıb, köhnə bina əsaslı təmir olunaraq klub kimi istifadəyə verilib. Bütün bunlar bir daha onu təsdiq edir ki, Əhən kəndi, İsmayıllı bütövlükdə Dövlət başçısının çoxistiqamətli qayğısı və diqqətinin nəticəsi olaraq yeni inkişaf və zəngin sosial həyat dövrünü yaşayır.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda bir daha minnətdarlıqla bildirdi ki, hər bir Azərbaycan vətəndaşının sosial həyatının yüksəlişi üçün özünü məsul bilən cənab Prezident İlham Əliyev minimum əmək haqqının, büdcədən maliyyələşən işçilərin, dövlət qulluqçularının, müəllimlərin əmək haqqının sentyabr ayının birindən artırılması barədə Sərəncamlar imzalayıb. Bu artım 90 minə yaxın İsmayıllı əhalisinin 40 mindən çoxunu əhatə edəcək.
Mirdaməd Sadıqov sözü, təklifi, istəyi olan hər kəsi diqqətlə dinləyib, qaldırılan məsələlərə real vəziyyətdən doğan münasibətini bildirib.
Sakinlərdən bir nəfəri ünvanlı sosial müavinət istəyib. Ona məsləhət görülüb ki, özünüməşğulluq proqramına daxil olmaq üçün rayon məşğulluq xidməti mərkəzinə müraciət etsin.
Keçmiş sovxozun idarə binasını özəlləşdirmiş şəxs əmlakından istifadə edən təşkilatlardan icarə haqqı istəyib. Bu barədə aid sahə rəhbərlərinə tapşırıq verilib. Yaylaqdan söz düşəndə RİH-nin başçısı məsləhət görüb ki, oturaq heyvandarlığa keçmək zamanıdır. Yaylaqlardan arıçılığın inkişafı üçün istifadə etmək daha çox səmərə verə bilər. Təkrar olaraq qaz və asfalt yol çəkilişi barədə də xahişlər olub.
Görüş-qəbulun sonunda Əhən kənd ümumi orta məktəbinin ehtiyaclı şagirdlərinə məktəbli forması hədiyyə edilib.

N.Kərimov

 

 

Şərh Yaz