Keçirilən hər tədbir əhəmiyyətlidir

“Sülh aylığı” hər il İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif təşkilatlarda keçirilən tədbirlərdəndir. Belə tədbirlərdən biri 13 sentyabr 2019-cu il tarixdə İsmayıllı Tikiş Fabrikinin  iclas zalında keçirilib.

“Beynəlxalq sülh günü” mövzüsunu əhatə edən dəyimi masanı giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açıb. Şöbənin məsləhətçisi Rasim Rəhimov  “Sülh aylığı” barəsində geniş məlumat verib. İsmayıllı Tikiş Fabrikinin müdiri Səidə Məmmədova seminarda çıxış edib, keçirilən tədbirin işçilər üçün əhəmiyyətindən danışıb. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz