Məqsəd məhsuldarlığı və gəlirləri artırmaqdır

Kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi fermerlərin ixtisaslaşdırılmış texnikalarla tanışlıq tədbirlərinə başlayıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) İsmayıllı rayonunda keçirdiyi tədbir  kartof məhsulun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub. “Kartof festivalı” adlandırılan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və AKİA-nın sədri Mirzə Əliyev də iştirak ediblər.
Texnikalarını sərgiləyən şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirədə mütəxəssislər texnikalarının xüsusiyyətləri barədə məlumat veriblər.
İsmayıllı fermerləri ilə yanaşı, kartof əkini ilə daha ciddi məşğul olan Tovuz, Qazax, Gədəbəy, Masallı, Cəlilabad fermerləri kəsim aparatı, cərgə açan frez, kartofəkən, kartofyığan texnikalarının, eləcə də kartof  çeşidləmə avadanlıqlarının fəaliyyətini əyani şəkildə izləyib və həmin texnikalarla tanış olublar.
Tədbirdə çıxış edən AKİA-nın sədri M.Əliyev qeyd edib ki, məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyini müasir innovativ texnika və avadanlıqlarla yüngülləşdirmək, müasir texnikalardan istifadə hesabına məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin yüksəlməsinə nail olmaqdır.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz