“Nümayəndə günü” keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətində yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti “Nümayəndə günü” keçirilib.

RİH başçısının birinci müavini Rövşən Ağayev iştirakçıları salamlayıb iclası açdıqdan sonra 24 il Lahıc qəsəbə İƏD üzrə nümayəndə vəzifəsində çalışmış – dünyasını dəyişmiş Fikrət Haqverdiyevin xatirəsi bir dəqiqəlik sikutla yad edilib.

R.Ağayev rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətini təhlil etikdən sonra onlara müvafiq tapşırıq və tövsiyələrini verib.

RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra seçki məntəqələrinin yerləşdiyi otaqların ümumi vəziyyəti və maddi-texniki təminatı barədə keçirilmiş ilkin monitorinqin nəticələri barədə məlumat verib və  mövcud problemlərin həll edilməsi barədə tapşırıqlar verib.

R.Səmədov nümayəndəliklərin ərazisində pay torpaq sahələri sahiblərinin vergi qeydiyyatına alınmasının vacibliyini qeyd edərək nümayəndələr tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsinin vacibliyini bildirib.

Sonda Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə İƏD üzrə nümayəndəliklərin ərazilərində ağacəkmə kompaniyasının keçirilməsini diqqətə çatdırıb.

R.Səmədov cari məsələlərdən danışaraq yığıncaq iştirakcılarını maraqlandıran sualları cavablandırıb.

E.Manafov

Şərh Yaz