Bünövrə möhkəm olarsa…

“Hüquqi və Demokratik İslahatlar Mərkəzi” ictimai birliyi İsmayıllı şəhərindəki Tarix-Diyarşümaslıq Muzeyinin akt zalında  “Ailə institutlarının inkişafında maarifləndirmə tədbirlərinin rolu” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nəsimi Teymurov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, eləcə də rayonun fəal gəncələri və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri RİH təmsilçisi N.Teymurov açıb. Mıvzu ilə bağlı fikirlərini söyləyərək dəyirmi masa iştirakçılarına uğurlar arzulayıb.

İctimai birliyinin sədri İlham Əliyev layihənin məram və məqsədindən, problemin aktuallığından danışıb. Bugünkü ailə problemlərində sosial şəbəkələrin də rolu olduğunu bildirən İ.Əliyev bu sahədə valideynləri diqqətli olmağa, gəncləri şəbəkələrdən səmərəli istifadə etməyə dəvət edib. O bildirib ki, ailə qurmaq asandır, amma, onu layiqli şəkildə qorumaq və inkişaf etdirmək çox çətindir. Gənclərə bu işdə mənəvi-psixoloji dəstək olmaq hamının borcudur.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru L.Əliyeva mövzunun mühüm parçası olan  erkən evlilik və boşanma problemləri baradə danışıb. Hər iki halın törətdiyi narahatlıqları təcrübədəki misallarla iştirakçıların diqqətinə çatdırıb.

Tədbir iştirakçısı, tarix müəllimi  Vüqar Hüseynov  ata-babalardan qalan adət-ənənənin qorunub, inkişaf etdirilməsinin vacibliyindən soz açıb.

“İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov istənilən işdə, xüsusilə də evlilik məsələsində bünövrənin möhkəm olmasının vacibliyinə diqqət çəkib.

Hamını maraqlandıran mövzunun müzakirəsində gənclərin fəallığı nəzərəçarpan olub.

İsmayıllı xəbərləri”

Şərh Yaz