Təfəkkür və müasir təhsil konsepsiyası

Müəllif haqqında qısa arayış:                              

 

Ruslan Kamilov 1987-ci ildə İsmayıllı şəhərində anadan olub. İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbini bitirib. 2005-2007-ci illərdə hərbi xidmətdə olub. 2007-2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu (NMİ) pedaqogika və psixologiya ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirib.

2012-2013-cü illərdə NMİ-də tyutor, baş laborant və rektor köməkçisi vəzifələrində çalışıb. 2015-2018-ci illlərdə Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetində (BKU) biznesin idarəsi və təşkili (MBA) ixtisasını, elmi işini uğurla müdafiə edərək magist dərəcəsində təhsilini bitirib.

2015-2017-ci illərdə BKU-nin beynəlxalq əlaqələr şöbəsində Azərbaycan təmsilcisi kimi çalışıb, universitetin prezidenti və rektoru tərəfindən təşəkkür sertifikatı ilə təltif olunub. 2017-2018-ci illərdən Türkiyənin ən böyük turizm şirkəti olan ETS tur da Girnə şəhəri üzrə müdir vəzifəsində çalışıb.

Hazırda İsmayıllı Rayon Təhsil Şöbəsində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın sədri və İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloq müəllimi işləyir. Bir elmi kitabın və dörd elmi məqalənin müəllifidir. İxtisası üzrə beynəlxalq və respublika əhəmiyyətli konferansların, eləcə də təlim kurslarının iştirakçısı olub.

 

Təfəkkür və müasir təhsil konsepsiyası                               

Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.

Ulu öndərimiz Heydər Əliyev – Bu gün bizim təhsilimiz elə qurulmalıdır ki, həyata hazırlanan yeni nəsil dünyada aparılan beynəlxalq qiymətləndirmənin tələblərinə cavab verə bilsin. Belə ki, artıq hafizə məktəbləri səviyyəsində məhdudlaşmasın. Keçmiş sovet hökuməti dövründə tədris materialı şagirdlərə  verilərkən o materialı duymasını, qavramasını, hafizəsində saxlamasını əsas şərt kimi tuturdular. Lakin müasir təlim strategiyası təliminin qarşısına qoyulan tələbələr başqa cürdür. Məktəblərimizdə  yetişən nəslin təlimi təfəkkür yönümlü olmalıdır. Yeni şagird təlim materialını duyub qavramalı, hafizəsində saxlamalı, həmin bilikləri təfəkkür süzgəcindən keçirə bilməlidir. Bütün həyati məsələləri, cismi və hadisələrdən məntiqi nəticə çıxara bilməlidir. Nəzəri bilikləri həyata və təcrübəyə tətbiqi bacarmalıdır. Eyni zamanda bilavasitə cism və hadisələr sayəsində vasitəli inkişaf yarada bilməlidir. Keçmiş qavrayış materialları əsasında yeni surətlər yarada bilsin, yaradıcı təxəyyülü hesabına yaxın, orta, uzaq gələcəyi görə bilməlidir. Onlarda bəsirətlilik inkişaf etməlidir. Onda bizim məktəblərimiz artıq hafizə məktəblərindən təfəkkür məktəblərinə çevrilə bilər. Şagirdlərin hissi, psixomotor fəaliyyətinin tonunda bütöv şəxsiyyətin inkişaf səviyyəsini göstərə bilər.

Hər hansı bir məsələnin həllində yetişən nəslin daha da inkişaf etməsi üçün verilmiş məsələni həll etməyə çalışan öyrənənə imkan yaratmalı, bu məqsədlə onların yaradıcılıq imkanlarına şərait yaradılmalı, müstəqil düşünmələrinə və məntiqi təfəkkürün inkişafına, tənqidi təfəkkürün formalaşmasına şərait yaradılmalı, onun inkişafı üçün mexanizmlər işlənməlidir. Təbii  ki, söhbət təkcə təfəkkürün ümumi qanunauyğunluğuna yox, yeni təfəkkürün  konsepsiyalarının inkişafı və formalaşması üçün vəzifələr müasir təfəkkür məktəblərinin qarşısında durur. Burada məktəblilərin idrak fəallığının üstünlük təşkil etməsi müasir dövr üçün vacib məsələlərdəndir.

Yetişən nəslin gələcəkdə həyata hazırlanması üçün demək olar ki, bütün həyati biliklər onlara verilməklə yanaşı xüsusən onlar həyata hazırlanmalıdır.

Belə ki, təlimin forma və məzmunu elə seçilməlidir ki, o şagirdləri düşünməyə, özünə dərk etməyə, yaradıcı fəaliyyətə stimullaşdırsın.

Bir sıra psixoloqların və tədqiqatçıların fikrinə görə insan o vaxt düşünməyə başlayır ki, müəyyən çətinliklərlə üzləşsin və bu çətinliklərin aradan qaldırılmasının onun üçün mühüm əhəmiyyəti olsun. Hər bir tam təfəkkür aktında aşağıdakı mərhələlər ayırd edilir:

– Çətinlik hiss etmə, onun müəyyən edilməsi, həlli planının irəli sürülməsi (hipotezin ifadə olunması),

təklif olunan həldən çıxış nəticələrin ifadəsi (hipotezin məntiqi yoxlanılması) və hipotezin qəbul və ya rədd edilməsinə imkan verən müşahidə və eksperimentlər.

Fikrimizcə və tədqiqatçıların fikirlərinə görə düzgün qurulmuş təlim problemi  olmalıdır. Müəllim şagirdlərin maraqlarını diqqət mərkəzində saxlamalı, yeri gəldikcə onların qarşısında gücləri çatan və həll edə biləcəkləri problemlər qoyulmalıdır. Bax o zaman yeni təfəkkür formalaşar. O zaman yetişən nəsil həyata hazırlanmış olur ki, gələcəkdə hər hansı problemin həll olunmasında çətinlik çəkməzlər.

Şərh Yaz