Maarifləndirmək əhəmiyyət kəsb edir

Sentyabr ayının 23-24-ü tarixlərində rayonunun iri taxılçılıq təsərrüfatları olan Qalınçaq, Gəraybəyli, Qubaxəlilli kəndlərində EKTİS-də qeydiyyatla bağlı, yeni subsidiya mexanizmi, lizinq yolu ilə texnika və damazlıq heyvan alınması, payızlıq səpin ilə əlaqədar  istehsalçıların qarşılaşdıqları çətinliklərin vaxtında aradan qaldırılması üçün DAİM nazirliyin digər yerli dövlət qurumları ilə birlikdə fermerlərlə görüş keçirilib.

Görüşdə DAİM-in direktoru Rövşən Yəhyayev aqrar sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barəsində, bitkiçilik sektorunun müdiri Paşa Məmmədov isə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı ətraflı məlumat verib. İstehsalçıları Aqrar Subsidiya Şurasının qərarı ilə tanış edib və qərarın nüsxəsini İƏD üzrə nümayəndəliyə verib.

Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov payızlıq səpinin aparılması üçün aqrotexniki tədbirlər, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə tədbirləri zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə istehsalçılara müvafiq tövsiyələr verib.

Şamaxı RTSM-nın İsmayıllı rayonu üzrə baş aqronomu Çingiz Məmmədov səpinin yüksək reproduksiyalı toxumla aparmasının, səpiləcək toxumun dərmanlanmasının vacibliyini qeyd edib.

Rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev iri və xırdabuynuzlu, ümumiyyətlə ev heyvanlarının vaxtında peyvənd olunmasının əhəmiyyətindən danışıb.

Yekunda fermerləri  maraqlandıran suallar cavablandırılıb.

Elşən İsmayılov

 

Şərh Yaz