Yaddas kitabcasi

Şagirdlərdə riyaziyyat fobiyasının aradan qaldırılması

Məlum olduğu kimi artıq üç ildir ki, Təhsil Nazirliyi tərəfindən “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrant müsabiqələri keçrilir. Bu müsabiqələrin keçrilməsi Azərbaycan təhsil üçün kifayət qədər uğur və naliyyət qazandırır.

Bütün təhsil layihələri kimi bu müsabiqədə də İsmayıllı müəllimləri öndə iştirak edərək uğur qazananlardan olmuşdur. Bu il “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrant müsabiqəsinin qaliblərindəi biri də mənəm – İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Ayşən Müqabil qızı Əliyeva. Fərdi kateqoriyalar üzrə “Şagirdlərdə riyaziyyat fobiyasının aradan qaldırılması “ layihəsi ilə müsabiqənin qaliblərindən oldum. 20 avqust 2019-cu il tarixində işlədiyim məktəbdə layihənin açılış mərasimi keçrildi. Layihənin təqdimat mərasimində mövzu ilə bağlı məqsədimi açıqladım və şagird naliyyətlərinin yaxşılaşdırılması üçün görüləcək işlərin əhəmiyyətindən danışdım.

Layihənin növbəti təlimləri rayonun digər ümumi orta məktəblərində keçriləcək. Layihə 20 dekabr 2019-cu ilədək davam edəcək.

Layihənin həyata keçrilməsində iştirak edəcək şagirdlərə, eləcə də həmkarlarıma uğurlar arzulayıram.

Ayşən Əliyeva,

İsmaylllı şəhər A.Aslanov adına 2 nömrəli orta məktəbinin riyaziyyat müəllimi

Şərh Yaz