Nazir müavini vətəndaşları qəbul edib

Bölgələrə respublika Prezidenti səviyyəsində göstərilən diqqət ayrı-ayrı nazirliklər tərəfindən də özünü büruzə verməkdədir. İyul ayının 26-da İsmayıllıda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimovun vətəndaşları qəbul etməsi də bu məqsəddən qaynaqlanıb.

Nazirlik əməkdaşları və yerli qurum nümayəndələrinin iştirakı ilə keçirilən qəbul ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsində baş tutub.

16 nəfər vətəndaşın rəsmi qəbulundan sonra daha 10 nəfər növbədənkənar qəbul olunub. Nazirliyin fərqli qurumlarını təmsil edən rəsmilər tərəfindən fərdi qaydada isə 20 nəfərin qəbulu gerçəkləşib.

Nazirliyin əməkdaşlarına 48 vətəndaşın ərizəsi  təqdim edilib.

Müraciət edən vətəndaşlardan bir neçəsinin problemi elə qəbulun gedişi zamanı həllini tapıb. Müraciətlərin bir  qismi aidiyyəti idarə və təşkilatlara  çatdırılmaq üçün qeydiyyata götürülüb.

“İsmayıllı xəbərləri”

 

Şərh Yaz