Qadın problemləri müzakirə olunub

İyul ayının 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib. Qəbul yeri üçün məkan Heydər Əliyev Mərkəzi seçilib. Komitə sədri həmin gün 14 nəfər vətəndaşı qəbul edib. Bunlardan 4 nəfəri Qəbələ rayonundan gələn olub.
Müraciətlərin əsasını bölgədə reabilitasiya mərkəzinin açılması, boşanma, aliment və qəyyumluqla bağlılığı olan məsələlər olub.
Görüşə gələnlərin hər biri diqqətlə dinlənilib, qaldırılan məsələlərdən bəzilərinin  icrası üçün vaxt müəyyən edilib. Komitənin əməkdaşları  olunan müraciətlərin həlli məsələsinin qısa müddətdə həyata keçiriləcəyinin və hər bir vətəndaşa vaxtında məlumat veriləcəyini bildiriblər.

“İsmayıllı xəbərləri”

Şərh Yaz