Müqayisələr sevincə səbəb olub

11 avqust 2019‐cu il tarixdə Lahıc qəsəbə tam orta məktəbində bu təhsil ocağını 1969-cu ildə bitirənlərin iştirakı ilə “50 ildən sonra” adlı tədbir keçirilib.

Çoxdan biri-birini görmək arzusunda olan müəllimlər və  keçmiş məktəblilər olub-keçənləri xatırlayaraq Lahıcda tikilmiş yeni məktəb binasının sinif otaqları, fənn kabinələri, labaratoriyaları və digər şəraitlərlə tanış olublar.

Məktəblə tanışlıqdan müqayisələrin nəticəsi olaraq, ziyarətçilər gördüklərindən sevinc, fərəh duyduqlarını dilə gətiriblər. Məktəbdə yaradılan müasirlik və geniş imkanlar üçün  dövlətimizin rəhbəri Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xatirələrin dil açdığı bu unudulmaz görüşün sonunda kollektiv şəkil çəkilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz