Fəaliyyətdə dönüş yaradılmalıdır

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı Mirdaməd Sadıqov iclas iştirakçılarını salamladıqdan sonra respublikamızda, eləcə də rayonumuzda gedən inkişafdan danışıb. İƏD üzrə nümayəndə və bələdiyyələrin birgə fəaliyyətini təhlil edib. Onlara müvafiq tapşırıq və tövsiyələrini verib.

RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Nümayəndəliklər ərazilərində və magistral yol kənarında təmizlik işlərinin vəziyyəti barədə açıqlama verib. Təmizlik-abadlıq işlərinin müntəzəm aparılmasının vacibliyini qeyd edib.

R.Səmədov İƏD üzrə nümayəndəlik və bələdiyyə ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi vəziyyəti barədə geniş məlumat verib. Rayon ərazisində vətəndaşlara məxsus pay torpaqlarında, magistral yol kənarlarının mühafizə hissələrində, eləcə də bələdiyyə mülkiyyətində olan kolluq-örüş sahələrində son zamanlar yanğın hadisələrinin artmasından danışıb. O qeyd edib ki, məsələ ilə bağlı  mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılmalı, taxıl biçinindən sonra sahələrə od vurulmasının inzibati xəta olması vətəndaşlara çatdırılmalıdır.

R.Səmədov bələdiyyələrin 2019-cu ilin birinci yarım ili ərzində gördüyü işlərə dair hesabat yığıncaqlarının yekun nəticələri barədə danışıb. Bəzi bələdiyyələrdə hesabat yığıncaqlarının zəif təşkil olunduğuna iradlarını bildirib. İşlərini zəif qurmuş bələdiyyələrə fəaliyyətlərində dönüş yaratmaları, seçicilərlə daha sıx işləmələri tövsiyə olunub.

Sonda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ehtiram Manafov

Şərh Yaz