Yaddas kitabcasi

Kollecdən iki xəbər

1 avqust 2019-cu il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində iməcilik keçirilib. İməcilikdə kollecin rəhbərliyi və müəllim heyəti, texniki işçiləri,  yay məktəbində təhsil alan tələbələr iştirak ediblər.

Aksiya zamanı kollec binasının ətrafındakı ərazi və yaşıllıqlar abadlaşdırılıb, eləcə də təmizlik işləri aparılıb. Ərazidəki ağaclar və gül kolları suvarılıb,  göz oxşayan səliqə-sahman  yaradılıb.

 

***

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2018-2019-cu tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirib. Akademik borcu olan tələbələrin bir ay ərzində dərslərdə mütəmadi iştirakının nəticəsi olaraq imtahanları uğurla vermək şansı əldə ediblər. Yay semestri 5 tədris həftəsi və 1 həftə imtahan sessiyasından ibarət olmaqla 23 avqust 2019-cu il tarixinə qədər davam edib.

 Ş.Abışova

Şərh Yaz