Sənəd qəbulu davam edir

2019-2020-ci tədris ili üçün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir.

12 ixtisas, əyani və qiyabi tədris üzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün zəruri tədbirlər görülüb. Məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbuluna kollecin inzibati heyəti də kömək edir. Sənədlərin qəbulu ümumi orta təhsil bazası üçün avqust ayının 23-dək, tam orta təhsil bazası üçün isə 23-29 avqust tarixlərində keçiriləcəkdir, sənədlərin qəbulu hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 18:00-dək kollecin binasının 1-ci mərtəbəsində keçirilir.

Məlumat üçün bildiririk ki, ümumi (9 illik) orta təhsil bazasından boş qalan yerlərə ixtisas seçimi 27 avqust-2 sentyabr, tam (11 illik) orta təhsil bazasından boş qalan yerlərə ixtisas seçimi 30 avqust-4 sentyabr tarixlərində keçiriləcəkdir.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri təbrik edir, onlara təhsildə uğurlar arzulayır.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz