Yaddas kitabcasi

Ana dili uşaqlıqdan sevilməlidir

Ümummilli lider Heydər Əliyevin imzaladığı 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd edilir.

Bu münasibətlə İsmayıllı şəhər 1 saylı körpələr evi – uşaq bağçasında maraqlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bağça müdiri Qalibə Abdullayeva iştirakçıları salamladıqdan sonra, Azərbaycan əlifbası və dilinin tarixi barədə geniş məlumat verib.  Dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini dilə gətirib. Bağçanın müdiri onu da qeyd edib ki, dilimizi dil açdığımız gündən sevməyə və qorumağa borcluyuq.

Sonda bağçada tərbiyə alan fidanların “1 Avqust – Azərbaycan Dili və Əlifbası Günü” mövzusunda hazırladıqları əyləncəli proqrama tamaşa edilib. Nümayiş etdirilən kompazisiyalar,  ifa olunan şeirlər, oxunan şən mahnılar, rəqslər və səhnəciklər iştirakçıların böyük sevincinə səbəb olub.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz