Düzgün, uğurlu seçimə görə minnətdarlıq

Günbəgün artan vətəndaşlıq qüruru ilə qeyd etmək olar ki, artıq Azərbaycan inkişaf etmiş dünya dövlətləri arasında yerini tutan, sözünü deyən bir ölkəyə çevrilib. Son illərdə dövlətimizin bu dərəcədə dinamik inkişafı, Azərbaycan içində yeni, qüdrətli bir Azərbaycanın qurulması bunu deməyə əsas verir.

Cəmi 28 yaşı olan, çiçəklənən dövlətimizin tərəqqisi hamı  kimi məni də sevindirir. Bir neçə il qabaq bu inkişaf və tərəqqini şüurlarda canlandırmaq belə inanılmaz olardı.

Cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı bizim İsmayıllı rayonunda da özünü aydın şəkildə göstərir. Müdrik ağsaqqal, iqtisadçı, alim, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun 2013-cü ildə  İsmayıllı rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunması İsmayıllıya yeni bir atmosfer gətirdi.

İlk gündən işinə kabinetdə oturmaq, sərəncam verməklə deyil, yorulmaq bilmədən xalqın içində olmaqla başladı. Vətəndaşların xahiş və tələblərinə diqqət yetirməklə, İsmayıllı rayonunda yeni düşüncə tərzi formalaşdırdı. Hamıya yaxşı yaşamaq, yaxşı işləməyin önəm kəsb etdiyini anlatdı.

Rayonumuzda son 6 ildə yolların çəkilişi, yeni yaşayış binalarının tikilməsi, müxtəlif sahələr üzrə yeni iş yerlərinin açılması sosial infrastrukturun köklü şəkildə yenilənməsi Mirdaməd müəllimə, rayon rəhbərliyinə olan inam və sevgini daha da artırır.

Təbii haldır ki, hər bir vətəndaşımız yaşadığı kəndin, rayonun, şəhərin –  bütövlükdə Azərbaycanın tərəqqisini arzulamalı və buna çalışmalıdır. RİH başçısının Diyallı kəndinə olan diqqət və qayğısı bir müəllim kimi məni hədsiz sevindirir. Zəlzələ və təbii uçqunla əlaqədar Diyallı kəndində 30-a yaxın evin, bir feldşer-mama məntəqəsinin tikintisi, kəndin tikinti  poliqonuna çevrilməsi sakinlərin hədsiz sevincinə səbəb olub.

İsmayıllı RİH başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəfail Məmmədov və bələdiyyə sədri Kamran Nemətovun tələbkarlığı, diqqət və qayğısı nəticəsində kənddə təmizlik həftələrinin keçirilməsi vətəndaşları ruhlandırır.

Düzgün, uğurlu seçim edib İsmayıllı rayonuna Mirdaməd Sadıqovun rəhbər təyin olunmasına, bundan sonra bölgədə baş vermiş müsbət dəyişikliklər, yeniliklərə görə biz, Diyallı kənd sakinləri cənab Prezidentə dərin minnətdarlığımızı bildirir, Allahdan Ona möhkəm can sağlığı, uzun ömür arzulayırıq!

Məzahir Tapulov,

“Qabaqcıl təhsil işçisi”,  Diyallı kənd tam orta məktəbinin tarix müəllimi

 

Şərh Yaz