Minnətdarlıq

Məlum fevral zəlzələsindən evimiz yaşayış üçün narahatlıq doğuran bir vəziyyət almışdı. Çoxları kimi biz də Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyasına müraciət etdik. Komissiya vəziyyətlə tanış oldu, narahatlığın aradan qaldırılacağını bildirdi.

İyun ayının ortalarında inşaatçılar qapımızı döydülər.  Komissiyanın qeydlərinə müvafiq olaraq aparılacaq təmir işləri üçün lazım olan tikinti materiallarını da gətirib, işə başladılar. Qısa müddət ərzində özümüzün imkanlarımız xaricində olan və yüksək səviyyədə aparılan təmir işi başa çatdı.

Dövlətimiz tərəfindən göstərilən bu humanistlik zəlzələ zonasında yaşayan minlərlə insana, ailəyə şamil olunub. Bu hal olduqca qürurvericidir.

Bu xeyirxah missiyanı həyata keçirən ölkə rəhbəri cənab İlham Əliyevə ailəmizin və evləri zəlzələdən sonra təmir olunan ismayıllılar adından dərin minnətdarlıq edirəm.

Fəzail Seyidov,

şəhər sakini

 

Şərh Yaz