Yaddas kitabcasi

Diqqət və qayğı – gündəlik işin əsası

Yerlərdə sakinlərlə görüşmək, onları razı və narazı salan məsələləri öyrənmək, mövcud problemlərin həlli istiqamətində mümkün imkanlardan istifadə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun gündəlik fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan 5 iyun 2019-cu il tarixdə rayonun Tircan kəndində sakinlərlə görüş-qəbul yaddaqalan olub.

Keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət idarələrinin nümayəndələri də iştirak ediblər.
İsmayıllı RİH-nin başçısı M.Sadıqov ölkədə, eləcə də bölgədə aparılan tikinti-quruculuq işlərindən, insanların sosial durumunun günbəgün yaxşılaşmasından, rayondakı iqtisadi inkişafdan danışıb. Başçı fevral ayında baş vermiş zəlzələ nəticəsində tircanlılara dəyən zərərin Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlama əsasında ödənilməsini, 23 evin təmir, 11 evin isə bərpa edilməsini dövlətin öz vətəndaşlarına qayğısı kimi qeyd edib.

Ölkədə yol infrastrukturundakı inkişafa toxunan başçı bu məsələnin İsmayıllıda da qənaətbəxş olduğunu  Tircan kəndini magistralla birləşdirən və qonşu Maçaxı kəndinə qədər uzanan yolun da yaxın vaxtlarda asfaltlaşdırılacağını bildirib.

Görüş-qəbulda sakinlərin çıxışlarında ərazidəki Qasımkənd və Dağlı  məhəllələrində yol təmiri, enerji təchizatında kabelləşdirmənin başa çatdırılması, istismar müddətini başa vurmuş elektrik dirəklərinin yeniləri  ilə əvəz olunması, artezian quyusunun qazılması edilən xahişlərin sırasında olub.

Sakinləri narahat edən məsələlərin həlli üçün RİH başçısı əlaqədar müəssisələri təmsil edən məsul şəxslərə tapşırıqlar, qanunamüvafiq məsləhətlər verib.

Ş.Soltanov

 

Şərh Yaz