Yaddas kitabcasi

Taxıl itkisiz yığılmalı, yanğına yol verilməməlidir

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında 29 iyun 2019-cu il tarixində keçirilən Şura iclasında “Taxıl biçini və ot tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında” məsələ geniş müzakirə olunub.

Məsələnin Şura iclasında müzakirəsi ona vaxtında diqqət ayırmağın vacibliyini göstərir. Şurada İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov məsələyə aydınlıq gətirib. O qeyd edib ki, bu istiqamətdə vaxtında aparılan maarifləndirmə işi ümumilikdə müsbət nəticəsini verib. Qubaxəlilli inzibati ərazi dairəsində isə 32 hektar biçilmiş sahədə yanğın törədilməsi təəssüfləndirici haldır. Bu kimi xoşagəlməz halların qarşısının alınması üçün İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və yerlərdəki könüllüləri biçinə gündəlik nəzarət edir.

Şuranın üzvü, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov çıxışında bildirib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən şöbənin şəxsi heyəti ot və taxıl biçini zamanı yanğın təhlükəsizliyinin təminatına səfərbər olunur. Yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin İsmayıllıdakı Yanğından mühafizə dəstəsi də bu vacib məsələdə üzərinə düşən vəzifələri layiqincə icra edir. Rayon ərazisində biçinə cəlb olunan texnikalar ciddi şəkildə texniki baxışdan keçirilir, onların yanğına qarşı mübarizə vasitələri ilə təmin olunması diqqətdə saxlanılır.
RİH başçısının müavini Sevil Əhmədova və Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov məsələ ilə bağlı apardıqları təhlilləri iştirakçıların diqqətinə çatdırıblar.

Şura müzakirə olunan məsələ ilə bağlı müvafiq qərarlar qəbul edib.

“İsmayıllı xəbərləri”

Şərh Yaz