Fəaliyyət daha da gücləndirilməlidir

İyul ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında növbəti “Nümayəndə günü” keçirilib. Yığıncaqda İƏD üzrə nümayəndələr, nümayəndələrin müavinləri və bələdiyyə sədrləri iştrak ediblər.

İclası RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açıb. Yığıncaq iştirakçılarına gündəlikdə duran birinci məsələ – Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklər haqqında danışıb və əhali ilə bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini bildirib. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 5 və 25-ci maddələrinə uyğun olaraq profilaktiki tədbirlərin həyata keçirilməsi, mövsümi xarakterli ehtimal olunan yanğınların qarşısının alınması üçün İƏD üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə müvafiq tövsiyyələri çatdırıb.

“Rayonda kənd təsərrüfatı sahəsində işlərin gedişi və qarşıda duran vəzifələr” iclas gündəliyinin ikinci məsələsi olub. Bu barədə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov məlumat verib və  qarşıda duran vəzifələrin icrası ilə bağlı  məsələlərdən danışıb.

2019-cu ilin oktyabr ayında əhalinin yenidən siyahıya alınması ilə bağlı vəzifələr barədə Rayon Statistika İdarəsinin müdir müavini Daşdəmir Məmmədov açıqlama verib. D.Məmmədov çıxışında  Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər barədə izahat verib. İƏD üzrə nümayəndələrə və nümayəndələrin müavinlərinə bu işdə daha diqqətli olmalarını xatırladıb.

Gündəlikdə duran üçüncü məsələyə RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov aydınlıq gətirib. O, mövcud vəziyyət barədə məlumat verib və nümayəndəliklərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalarını tövsiyyə edib.

Gündəliyin dördüncü məsələsi ilə bağlı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov çıxış edib. O, İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının elektron qaydada işlənilməsini təhlil edərək, mövcud vəziyyətin heç də qənaətbəşx olmadığını vurğulayıb. Yol verilmiş nöqsanlar nümayəndələrin diqqətinə çatdırılıb, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun işləmələri tapşırılıb. İşdə yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, fəaliyyətinin daha da gücləndirilməsi məsul işçilərin hər birinə tövsiyyə olunub.

Yekunda yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ehtiram Manafov

 

Şərh Yaz