Üç şad xəbər

Redaksiyamız İsmayıllı təhsili ilə bağlı yeni, şad xəbərlər alıb: Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə 3-cü qrant müsabiqəsinin elan olunmuş nəticələrinə görə İsmayıllı rayonu üzrə qalibləri müəyyən edib.
Lahıc qəsəbə tam orta məktəbinin fizika-informatika müəllimi Əliyev Rövşən Mirzə oğlunun  “8-ci sinif fizika dərslərinin video təcrübələrlə dəstəklənməsinin məzmun və proqram təminatı” adlı layihəsi  bəyənilən layihələrin sırasında yer alıb.  Xatırladaq ki, bu, Əməkdar müəllim Rövşən Əliyevin 3-cü qalib layihəsidir.
Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Əliyeva Ayşən Müqabil qızı “Şagirdlərdə riyaziyyat fobiyasının aradan qaldırılması” mövzusu ilə müsabiqə qalibi olub.
Topçu kənd tam orta məktəbinin müsabiqəyə təqdim etdiyi “Öyrətmək yenidən öyrənməkdir” layihəsi də İsmayıllı təhsilinin uğurlarına əlavə olunub.

Layihə qaliblərini təbrik edir, onlara nəzərdə tutulmuş təhsil yeniliklərinin icrasında uğurlar diləyirik.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz