Meşələrə diqqət göstərilməlidir

9 iyul 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin  konfrans zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişaf Departamenti Zaqatala, Şəki, Qəbələ və Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində zəbt edilmiş meşə fondu torpaqları barədə hesabat yığıncağı keçirib.

Regional Meşə Təsərrüfatı Mərkəz nümayəndələrini və digər dəvətliləri salamlayan İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq, gündəliyə çıxarılan məsələnin mahiyyəti barədə danışıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev yığıncağın keçirilmə önəmindən, sözügedən məsələnin müsbət və mənfi tərəflərindən, qarşıda duran vəzifələrin icra edilməsinin vacibliyindən danışıb.

F.Əliyev qanuni və qeyri-qanuni tutulan meşə torpaqları ilə bağlı fikirlərini səsləndirib. Zəbt edilmiş meşə torpaqları üzrə düzgün statistikanın həyata keçirilməsini əsas işlərdən biri sayıb. Məsələnin kifayət qədər ciddi olduğunu bildirən nazir müavini  meşə talalarında, seyrək meşələrdə ağacəkmə işləri aparılmasını meşəçilərin diqqətinə çatdırıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz