Yaddas kitabcasi

Vətənpərvərlik tərbiyəsi, vətəndaş tərbiyəsinin əsasıdır

Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun, mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Məktəbdə müəllimin əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımza və ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. Ümummilli liderimizin bu kəlamı insan tərbiyəsinin ana xəttini təşkil edir. Düşünürəm ki, insan cəmiyyətinin formalaşdığı zamandan təhsil və tərbiyə işi öz aktuallığını həmişə qoruyur. Elə buna görə də Təhsil Nazirliyimiz təhsillə yanaşı tərbiyə işinin də düzgün qurulmasına xüsusi önəm verir. Keçən dərs ili “Keyfiyyət ili” elan edilməklə yetişən nəslin təlim və həm də əsaslı şəkildə tərbiyə edilməsi işini cari dərs ilində də prioritet istiqamət kimi ön plana çəkmişdir. Düzünü etiraf edim ki, Nazirliyimizin tədris ilinin başlanğıcında qəbul etdiyi prioritet istiqamətlər öz fikir və müzakirələrimi təqdim etmək üçün mənə fürsət verdi.

Danılmaz həqiqətdir ki, yetişən nəslin həm təlim, həm də tərbiyə edilməsi üçün ölkəmizdə əsaslı hüquqi baza mövcuddur. Məktəb rəhbəri kimi Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, Təhsil Nazirliyinin normativ sənədlərinə, məktəbin Nizamnaməsinə uyğun olaraq məkətbdə təlim-tərbiyə işlərini təşkil etməyə çalışıram. İllik iş planımı tərtib edərkən, uşaq birliyi rəhbərinin, psixoloqun, sinif və dərnək rəhbərlərinin, müəllimlərin, valideynlərin, ictimai təşkilatların təkliflərindən yararlanmağa çalışıram. Dərk edirəm ki, yerinə yetiriləcək hər bir iş onun düzgün planlaşdırlımasından çox asılıdır. İllik iş planını tərtib edərkən dəqiqliyi əsas götürərək həyata keçiriləcək hər bir pedaqoji tədbirin gözlənilən nəticələrini əvvəlcədən təhlil edirəm.

Dərs ili ərzində təlim-tərbiyə işi sahəsində görəcəyim işlərin planını məktəbin ümumi iş planına daxil edilməsi üçün pedaqoji şurada təkliflər irəli sürürəm. Məktəbin ümumi iş planına daxil edildikdən sonra məktəb rəhbəri kimi şagirdlərin dərin və əsaslı şəkildə biliklərə yiyələnməsi ilə yanaşı onların cəmiyyətə layiqli vətəndaş kimi təqdim edilməsinə xidmət edən sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin ardıcıllıqla həyata keçirilməsinə səy göstərirəm. Hər bir fənnin Dövlət proqramı əsasnda tədrisi ilə yanaşı tərbiyə işlərinə müəllimlərin xüsusi diqqət yetirməsinə çalışıram. Hesab edirəm ki, bütün fənlər üzrə hər bir keçilən mövzunun tərbiyəvi məqsədi vardır. Ona görə də dinlənilən dərslərin təhlili,sinifdənxaric tədbirlərin həyata keçirilməsi prosesində tərbiyə işlərinin aşılanmasına xüsusi yer verirəm. Şagirdlərin elmlərin əsaslarına yiyələnməklə yanaşı şüurlu tərbiyə işi fəaliyyətinin əsasını təşkil edir. Ona görə də daim diqqətdə saxlayıram ki, məktəb qarşısında dövlətin qoyduğu əsas vəzifə cəmiyyət üçün layiqli vətəndaşın yetişdirilməsidir. Layiqli vətəndaş dedikdə isə çox saylı komponentlər vasitəsilə bu fikrə aydınlıq gətirmək olar. Ümumtəhsil məktəbində aparılan tədris işləri müvafiq icra orqanı (Təhsil Nazirliyi) tərəfindən təsdiq edilmiş tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər orta təhsil pilləsində elmlərin əsasları barədə şagirdlərə istiqamət aşılamaq məqsədi daşıyır. Elmlərin əsaslarına dərindən yiyələnmək belə, kamil insanın formalaşması üçün yetərli deyildir. Hesab edirəm ki, mükəmməl təhsillə yanaşı elmin dünyagörüşünün formalaşması, təhsil alanın şəxsiyyət kimi formalaşması üçün öz ölkəsinin qanunlarını bilməsi əsas şərtlərdəndir.Ona görə də müxtəlif pedaqoji tədbirlər vasitəsilə Azərbaycan Respublikasnın əlamətdar günlərinin təntənəli şəkildə kollektiv ilə birlikdə qeyd edilməsinə çalışıram. Azərbaycanın “Milli Qurtuluş Günü”, “Dövlət Müstəqilliyi Günü”, “Konstitusiya Günü”, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və.s. kimi tədbirlərin daha məzmunlu keçirilməsinə çalışıram. Təhsil alanları Azərbaycan hökumətinin işğal altında olan ərazilərinin azad edilməsi ilə əlaqədar apardığı daxili və xarici siyasət barədə məlumatlandırmaqla Cocuqmərcanlı timsalında işğalda olan ərazilərimizin erməni quldurlarından tezliklə azad ediləcəyinə inam hissinin aşılanmasna nail oluram. Qaçqın və məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün dövlətimizin apardığı siyasətə əsl vətəndaş münasibətinin formalaşması istiqamətində ardıcıl pedaqoji tədbirlər həyata keçirirəm.

Azərbaycan Respublikasınn Prezidentinin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda deyilir: “Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar,həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvi olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir”. Fəaliyyətimdə əsas götürürəm ki, tədris və tərbiyə işi elmi çəkildə əsaslandırılmış milli və beynəlxalq miqyasda qəbul edilmiş müasir pedaqoji nümunələrə uyğun aparılmaqla həyata keçirilməsi təmin edilsin. Müəllimlərlə aparılan metodik işlərin səmərəli qurulmasına çalışıram. Kurikulum islahatının həyata keçirildiyi bir dövrdə məktəb rəhbəri kimi çalışıram ki, müasir peadqogikanın tələblərinin dərindən öyrənim və səmərəli tətbiq edim. Məlumdur ki, müəllimlərin dərslərinin dinlənilib təhlil edilməsi onların pedaqoji ustalıqlarının kamilləşməsində mühim vasitələrdəndir. Ona görə də tədris prosesində hər bir mövzunu tərbiyəedici imkanlarından müəllimlərin maksimum istifadə etmələrinə üstünlük verirəm. Pedaqoji təcrübəm və şəxsi mülahizələrimə əsaslanaraq tərbiyə prosesinin mahiyyəti ilə əlaqədar aşağıdakı qənaətimi təqdim edirəm.

Tərbiyə sisteminin tərkib hissələri:mənəvi tərbiyə, hüquqi tərbiyə, siyasi tərbiyə, əmək tərbiyəsi, əqli tərbiyə, fiziki tərbiyə, bədii tərbiyə, ekoloji tərbiyə, iqtisadi tərbiyə, estetik təbiyə, hərbi vətənpərvərlik tərbiyəsi, gigiyenik tərbiyə və.s. əsas diqqət mərkəzində sxalanmalıdır.

Mənəvi tərbiyə-insanın hormonik inkişafını təmin edən, onun fikirlərinə və işlərinə ali məqsəd verən qürur, səmimiyyət və.s. hissləri tərbiyələndirir.

Siaysi tərbiyə-yetişən nəsildə dövlətlər, millətlər arasında münasibətləri əks etdirən düşüncəni formalaşdırmaq, obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir.

Hüqüqi tərbiyə-hüquqi davranışın formalaşması, qanuna tabe mədəniyyətinin yaranması prosesidir.

Əmək tərbiyəsi-ümumi əmək bacarıqlarnın inkişafına şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyət prosesidir.

Əqli tərbiyə-intellektual mədəniyyətin, əqli gücün, düşüncənin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşması prosesidir.

Fiziki tərbiyə-insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənməsinə, yüksək əmək qabliyyətinin və daimi fiziki inkişafının yaranmasına yönəlmiş təkmilləşmə prosesidir.

Bədii tərbiyə-insanda hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, bədii yaradıcılıq fəaliyyətinin inkişafına tələbat, estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyədir.

Pedaqoji təcrübəm və müşahidələrimdən bu qənaətə gəlmişəm ki, məktəblilərin təhsil və tərbiyə keyfiyyətinə təsir edən amillər sırasında ailə birinci yerdə dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqlarn qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu kimi göstərilmişdir. Məktəb icması və valideynlərlə birgə həyata keçirdiyimiz tədbirlər zamanı pedaqoji biliklərin təbliğinə xüsusi diqqət yetirirəm. Kurikulum islahatının tətbiqi ilə bağlı valideynlərin çoxsaylı suallarına aydınlıq gətirmək üçün sinif və məktəb valideyn iclasları köməyimizə gəlir. Belə ki, valideynləri maraqlandıran sualları Azərbaycan  hökumətinin Təhsil Nazirliyinin müvafiq

sərəncam,göstəriş və tövsiyyələrinə əsaslanmaqla cavablandırıram.

Ailəmin üzərinə hansı vəzifələr düşür? Humanist pedaqoji təcrübəyə əsaslanaraq bu vəzifələri aşağıdakı kimi qruplaşdırıram.

Ailə uşağın inkişafı üçün maksimum şərait yaratmalı, uşaqlarda həyatı bacarıqlar formalaşdırmalı, onlara humanist yanaşmalı, inamlı münasibət bəsləməli, lazımi köməklik göstərməlidir.

Əldə edilən nəticələrə gəlincə deyə bilərəm ki, tədrisin keyfiyyətinin yüksəldilməsində tərbiyə işinin sistemli şəkildə təşkili başlıca vəzifələrdəndir. Təcrübə göstərir ki, bu tədbirlər təhsil alanlarıı pis vərdişlərə meyl etməkdən çəkindirir, vətənə və cəmiyyətə hörmət hissini aşılayır, gələcəkdə rəqabətə davamlı vətəndaş kimi formalaşmasına yardımçı olur.

Sevinc Bəşirova,

İsmayilli rayon Aşqbayramlı kənd tam orta məktəbinin direktor müavini

Şərh Yaz