“Bayat Elinin ziyalıları” adlı filmin çəkilişləri aparılır

Azərbaycan Respublikasının Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin “Bayat Elinin ziyalıları” filmin çəkilməsi adlı layihənin icrası üçün çəkilən filmdə Qədim Qarabağın bu günü və keçmişini əks etdirən, Qarabağın qədim elatlarından biri olan BAYAT elinin bugünkü ziyalıları, tarixdə olan önəmli şəxsiyyətləri haqa məlumatlar yer alacaq. Layihənin rəhbəri Müharibə veteranı bayat elinin ziyalısı Müşfiq Əliyevdir

Layihə rəhbərinin layihənin mövzusu haqqında məlumatlarını nəzərinizə çatdırırıq.

Bəşəri şair olan Məhəmməd Füzulinin vətəni olan Bayat elinin sonrakı tarixində yaşamış Qarabağ xanı olan Pənahəli xan Bayat elinin igid övladı, ziyalısı yetirməsidir. Qarabağ xanlığının ilk yarandığı yer BAYAT elidir. Bayat elinin ziyalıları filminin çəkilişləri Bakı şəhərində və Bayat elində aparılacaqdır. Hazırlanan filmin təqdimat mərasimləri də müxtəlif yerlərdə keçiriləcəkdir. Filmdə çəkilən ziyalıların hər biri Azərbaycan ictimaiyyətində tanınan, Azərbaycan üçün xidmətləri olan insanlardır.

Millət vəkili Aqil Abbas, uzun illər həkim farmokoloq işləmiş Fəqan Əliyev, Professor Əfqan Əliyev, İctimai xadim, elm adamı nümunəvi Azərbaycan qadını Zəridə Rüstəmova, Şair, elm adamı Əli Aslanoğlu, Qarabağın dəyərli ziyalısı Azərbaycan Mədəniyyətinin inkişafına böyük töhfələr vermiş Qəzənfər Abbasov, Azərbaycan ictimaiyyətində tanınmış ziyalı, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa vətən uğrunda savaşa yolanmış Müharibə Veteranı Qadınlarına Soial Yardım İctimai Birliyinin sədri Radə Abbas. Bayat elinin ağsaqqallarından olan dəyərli din xadimi, şəhid atası Xəlil Sadıqov filmdə çəkiləcəklər. Bayat elindən bir çox ziyalılar dövlət əhəmiyyətli vəzifələrdə xidmət etdikləri üçün onların filmdə çəkilmələri məqsədəuyğun hesab edilmədi. Lakin yaxın tariximizdə filmimizin davamı olaraq Bayat eli haqda daha geniş filmlərin çəkilməsinə çalışacağıq. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilən filmin çəkilişləri davam edir.

Əliyev Müşfiq,

layihənin rəhbəri

Şərh Yaz