Yaddas kitabcasi

Mühüm başlanğıcların əsası qoyulan gün

????????????????????????????????????

İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə İsmayıllı rayonunda maraqlı bayram tədbiri keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, mədəniyyət işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Aparıcının qısa şərhindən sonra, İsmayıllı Regional Mədəniyyət İdarəsi rəisinin müavini Azər Abbasov bayramın mahiyyətini açıqlayan məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan bir sıra günlər var və  həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – ulu öndər Heydər Əliyevdir.

Tədbir İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “Niyal” xalq çalğı alətləri ansanblı üzvlərinin, Aşıq Elman və Aşıq Ağamuradın oxuduğu mahnılar, İvanovkanın “Slavyanoçka” folklor qrupunun çıxışları, uşaqların ifasında olan rəqs və səslənən şeirlərlə başa çatıb.

Ş.Soltanov

Şərh Yaz