Minnətdarlıq və təbrik
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir sıra mədəniyyət xadiminə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fəxri adların verilməsi və təltiflər haqqında sərəncam imzalayıb.
Fəxri ad alanlar və təltif olunanlar sırasında həmyerlimiz, şair Musa Yaqubun (Yaqubov Musa Səfiməmməd oğlu) və şair Maarif Soltanın (Qəniyev Maarif Soltan oğlu) da adları vardır.
Bu şad, sevindirici xəbərdən hədsiz sevinən İsmayıllı ictimaiyyəti Prezidentə minnətdarlığını bildirir, “Xalq şairi” fəxri adı alan Musa Yaqubu və “Tərəqqi” medalı ilə təltif olunan şair Maarif Soltanı ürəkdən təbrik edir.
“İsmayıllı xəbərləri”