Vacib məsələ – ciddi müzakirə

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə “Nümayəndə günü” adı altında növbəti yığıncaq iyun ayının 18-də keçirilib.

İclasın gündəliyindəki məsələlərin mahiyyəti baxımından Rayon Polis Şöbəsinin rəis müavini Cavanşir Hüseynov, İsmayıllı rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İlkin Cəfərov,  6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ziya Cəbrayılov,  Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov tədbirdə iştirak edib.
İclası RİH başçısının birinci müavini Rövşən Ağayev açıb. Gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Taxıl biçini mövsümüdə sahələri, meşə və yaşayış məntəqələrini yanğından qoruma barədə RPŞ-nin rəis müavini C.Hüseynovun çıxışı dinlənilib. O, 2018-ci ildə baş vermiş yanğın hadisələrinin statistikasını diqqətə çatdırıb. Əhali arasında bu sahədə aparılan maarifləndirmə işinin zəif olduğunu söyləyib. İcra nümayəndələri və bələdiyyə sədrlərini sözü gedən məsələyə məsuliyyətlə yanaşmağa dəvət edib.

Tədbirdə çıxış edən İ.Cəfərov, Z.Cəbrayılov, H.Həsənov taxıl biçininin təşkili və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tapşırıq və məsləhətləri iştirakçıların nəzərinə çatdırıblar. Çıxış edənlər məsuliyyətsizlik, fəaliyyətsizlik üzündən baş verən hüquq pozuntularına görə ciddi cəzaların tətbiq olunacağını bildiriblər.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov nümayəndəliklərin və bələdiyyələrin son bir ay üçün fəaliyyətindən  və qarşıda duran vəzifələrdən danışıb.
RİH başçısının birinci müavini R.Ağayev cavabdeh şəxslərə müzakirə olunan məsələlərlə əlaqədar qarşısında duran vəzifələrə dair tapşırıqlarını verib.

Ehtiram Manafov

 

Şərh Yaz