Hüquq azadlığın təminatıdır

İsmayıllı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də “İnsan hüquqları aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir. İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin iclas zalında 23 may 2019-cu il tarixdə “Cəmiyyətdə insan hüquqları və azadlıqlarının təminatı” mövzusunda keçirilmiş seminar belə tədbirlərdən olub. Mövzunun adından bəlli olduğu kimi, hər kəs azadlığını yalnız hüququnu bildikdə yetərincə dərk edə bilir.

Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açıb. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov İnsan Hüquqları aylığı barəsində ətraflı məlumat verib. İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Könül Baxışova da mövzu ətrafında danışıb. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

R.Rəhimov

Şərh Yaz