Bayram konserti – sınaq meydanı

İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi 31 may 2019-cu il tarixində qonaq-qaralı olub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konserti reallaşdırmaq üçün Ağsu, Qobustan, Şamaxı və İsmayıllı Uşaq İncəsənət Məktəblərinin şagirdləri həmin gün bir araya gəliblər.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Regional Mədəniyyət Mərkəzinin əməkdaşları, İsmayıllı şəhər tam orta məktəblərinin şagirdləri və müəllimlər iştirak ediblər.

Məktəbli istedadların çıxışları alqışlarla qarşılanıb. Keçirilən bayram tədbiri həm də gənc istedadlar üçün bir sınaq meydanı olub.

Aysu Nəcəfli

İsmayıllı Regional Mədəniyyət Mərkəzinin əməkdaşı

 

Şərh Yaz