Çıxış və ifalar alqışlanıb

Ağdam 30 nömrəli  köçkün tam orta məktəbində “İmadəddin Nəsimi – 650” adlı ədəbi-bədii gecə keçirilib. Nəsiminin həyat və yaradıcılığı barədə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər İsgəndərli məlumat verib. Şairin hürufiliyə bağlılığının əsas məqamları haqqında tarix müəllimi Nəzakət İbrahimova danışıb.

Məktəbin ibtidai sinif müəllimləri Aytən Əliyeva, Şəfiqə Heydərova, ingilis dili müəllimi  Vüsalə Vəliyeva, şagirdlərdən Aytac Qurbanlı, Tural Həsənquliyev, Aydan Vəliyeva, Ağgül Quliyeva şairin qəzəllərini söyləyiblər. Çıxış və ifaların hər biri alqışlarla qarşılanıb.

Tədbirdə Nəsimi obrazını 9-cu sinif şagirdi Cəlal Cəfərov, Afət obrazını isə 5-ci sinif şagirdi Məleykə Quliyeva canlandırıb.

Sonda məktəbin direktoru Zahid Namazov çıxış edərək tədbirin ərsəyə gətirilməsində zəhməti olanlara təşəkkürünü bildirib.

Aytən Əliyeva,

ktəbin ibtidai sinif müəllimi

 

Şərh Yaz