İnnovativ texnologiyalar müzakirə olunub

İyun ayının 20-də İsmayıllı Regional “Fermer evi”ndə seminar keçirilib. Seminarda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ  texnologiyaların tətbiqi” mövzusu müzakirə olunub.
Seminarda İsmayıllı və Qəbələ rayonları üzrə üzümçülük və şərabçılıqla məşğul olan fermerlər iştirak edib.
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov seminarı açıb, iştirakçıları İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından salamlayıb və əhəmiyyətli tədbirə görə təşkilatçılara minnətdarlıq edib.
Üzümçülük  və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Səlimovun “Üzümçülükdə innovativ, diferensial texnologiyalar və risklər”, şərabçılıq üzrə ekspert, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayevin “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, texnika üzrə fəlsəfə doktoru Mövlüd Hüseynovun isə “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji-mikrobioloji üsullar” mövzusunda məruzələri dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz