Birlikdə mübarizə aparaq

İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsi  rayonun Telekommunikasiya qovşağında “Gəlin, narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” mövzusunda dəyirmi masa keçirib.

Tədbiri açan Telekommunikasiya qovşağının rəisi Tofiq Cəlalov iştirakçılara seminarda əldə edəcəkləri bilgiləri yaxınları ilə bölüşməyi tövsiyə edib.

İyun ayının 25-ə təsadüf edən tədbirdə RİH-nin Hüquq şöbəsinin müdiri Pakizə Ağayeva növbəti günün Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü olduğu bildirib.

Narkomaniyanın fəsadları barədə geniş açıqlamadan sonra şöbənin baş məsləhətçisi Rasim Rəhimovun da çıxışı dinlənilib.

Seminarın keçirilmə məqsədini açıqlayan hüquqşünaslar bildiriblər ki, vaxtında aparılan maarifləndirmə işi bu yola düşməyə meyilli olanları həyata, düzgün yola qaytara bilər. Sağlamlığını zərbə altına atanları vaxtında bu istəkdən çəkindirmək hər birimizin insanlıq və vətəndaşlıq borcudur.

Sonda tədbirin iştirakçılarına, eləcə də onların yaxınlarına və əzizlərinə xoşbəxt və problemsiz həyat arzulanıb.

“İsmayıllırləri”

Şərh Yaz