Baramaçılıq gəlirli sahədir

Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi insanlarda bu sahəyə marağı xeyli artırıb. İstehsal edilən baramanın bir kiloqramını 4 manata satan kümçü hər kiloqram üçün də 5 manat subsidiya alır.
Rayonda barama istehsalına uzun illər fasilə verilmişdi. Üç ildir ki, baramaçılıqla məşğul olan İsmayıllı rayon sakinləri bu sahənin gəlirli olduğuna əmin olublar. Rayonda olan bacarıqlı  kümçülərin işi artıq nümunə kimi göstərilməkdədir.

Rayonun Cülyan kənd sakinləri Müqabil İdrisov və İnsaf Yəhyayeva bu mövsümdə 6 qutu ipəkqurdu bəsləyərək yüksək nəticə əldə ediblər. Qısa müddətdə qazanılan vəsait ailə büdcəsinin formalaşmasına, işsizliyin aradan qaldırılmasına imkan verib.

İsmayıllıda baramaçılığa maraq göstərənlər çoxdur. Onu da qeyd edək ki, əhalinin gəlirlərinin artmasında böyük əhəmiyyət daşıyan baramaçılığın inkişaf etdirilməsi üçün rayonda geniş tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Həmin plana uyğun olaraq baramaçılıqda vacib məsələ olan tut bağlarının salınması ildən-ilə davam etdirilir. Doğrudur, hələlik həmin ağaclardan istifadə edilmir. Lakin yaxın bir neçə ildən sonra bu tut ağacları imkan verəcəkdir ki, rayonda baramaçılıqda daha böyük nailiyyətlər qazanılsın.

Tahir Hüseynov,

lyan kənd İƏD üzrəmayəndə

 

Şərh Yaz