Vərdişlərin formalaşdırılmasına dəstək

“Qloballaşan Dünyaya İnteqrasiya” ictimai birliyi 22 iyun 2019-cu il tarixdə İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində İsmayıllı Peşə Tədris Mərkəzinin turizm qrupunun müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi müzakirə olunub.

Layihənin məqsədinə görə sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv təlimlərin keçirilməsi nəzərdə tutulub.

Layihənin təqdimatında fəallıq nümayiş etdirən müəllim və şagirdlərə sertifikatlar təqdim olunub.

“İsmayıllırləri”

Şərh Yaz