İntellektlilərimiz qalib oldular

Böyük Azərbaycan şairi, anadilli ədəbiyyatımızın görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Təhsil Nazirliyinin təşkilatçılığı ilə 25 may 2019-cu il tarixdə Göyçay şəhərində məktəblilər arasında intellektual yarışın zona çempionatı keçirilib.

Zona çempionatına  Göyçay, Ucar, Qobustan, Şamaxı, İsmayıllı, Zərdab və Ağsu rayonları olmaqla 7 komanda qatılıb. Yarış 3 mərhələdə keçirilib. Hər mərhələdə iştirakçılara 12 sual təqdim edilib. Oyunun qaydalarına görə zona turunda qalib gələn komanda Bakı şəhərində keçiriləcək final mərhələsinin iştirakçısı olacaq.

Sevindirici haldır ki, rayonumuzu təmsil edən “İsmayıllı” komandası digər komandaları geridə qoyaraq birinci yeri tutub və final mərhələsinə vəsiqə qazanıb. Ümid edirik ki, final mərhələsində də komandamız qalib gələrək respublika çempionu adını İsmayıllıya gətirəcəkdir.

Komandanın tərkibinə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdlərindən Orxan Pənahov (kapitan), Fərid Adıgözəlov, Ləman Zeynalova, Ayşən Mitəlova, Aytən Əzimova, 3 nömrəli məktəb-liseydən Samir Məmmədli, 5 nömrəli tam orta məktəbindən Nahid Zərbiyev daxildirlər.

Rayonumuzu təmsil edən komandaya uğurlar arzulayırıq.

Vüsal  Həmidov,

İsmayıllı RTŞ-nin metodisti

 

Şərh Yaz