31 May – Ümumdünya Tütünsüz Günüdür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 31 may tarixini Ümumdünya Tütünçəkməmə Günü kimi qeyd edir.

ÜST-nın məlumatına görə dünyada hər 13 saniyədə bir nəfər, il ərzində isə 5 milyondan artıq insan  tütünçəkmədən, 600 000 insan isə tütün çəkən insanın çəkdiyi tütün tüstüsünun ikincili təsirindən həyatını  itirir.

ÜST-nın tədqiqatlarına əsasən siqaret tüstüsündə 4000-dək kimyəvi maddənin olduğu müəyyənləşdirilib ki, bunlardan ən azı 250-si  zərərli maddələr, 50-si  isə xərçəng yaradan maddələrdir. Tütünün tərkibində olan əsas zəhərli  maddələrdən olan qətran, nikotin, zəhərli qazlardan (dəm qazı, hidrogen sianid, azot  oksidi) radioaktiv maddələrdən olan polonium, bismut və s. maddələr insan orqanizmi üçün daha təhlükəlidir.

– Ağciyər xərçəngi: dünyada ağciyər xərçəngindən baş verən bütün ölüm hallarının 2/3-dən çoxu  tütünçəkmə ilə əlaqədardır; ikincili tütün tüstüsünün təsiri isə tütün çəkməyən insanlarda ağciyər xərçənginin inkişaf riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa  regionu  ölkələrinin  bir  çoxunda  ağciyər  xərçəngi  onkoloji xəstəliklərdən baş  verən ölüm  təhlükələrinin  əsas  səbəblərindən  sayılır. 2018-ci ildə regionda ağciyər xərçəngindən təqribən 430000 insan dünyasını dəyişmiş, elə bu dövr ərzində də yarım  milyondan çox yeni  xəstəlik  halları aşkar edilmişdir. Ağciyər xərçənginin  inkişaf  riskinin tütünçəkmədən imtina etməklə azaltmaq olar: tütünçəkmədən imtina etdikdən 10 il  sonra bu risk təqribən 2 dəfə  azalır.

– Ağciyərlərin xroniki obstruktiv xəstəliyi və astma kimi respirator xəstəliklər tütünçəkmə ağrılı öskürək və çətinləşmiş ağır tənəffüslə xarakterizə olunan ağciyərlərin xroniki obstruktiv xəstəliyinin əsas  səbəbidir.

Tütünçəkmə həmçinin insanın fəaliyyətini (hərəkətliliyini) məhdudlaşdıran və əlilliyə səbəb ola bilən astma xəstəliyinin kəskinləşməsinə gətirib çıxarır. Son göstəricilərinə əsasən 2017-ci ildə Avropa  regionunda baş verən bütün ölüm hallarının 3,6 faizi ağciyərlərin xroniki obstruktiv xəstəliyinin payına  düşür. Tütünçəkmədən erkən imtina-ağciyərlərin xroniki obstruktiv xəstəliyinin inkişafını ləngidən və astma xəstəliyinin gedişini yüngülləşdirən ən effektiv üsuldur. Bununla yanaşı, ikincili tütün tüstüsünün təsirinə məruz qalan uşaqlar aşağı tənəffüs yollarının infeksiyaları ilə yüksək yoluxma riskinə, eyni  zamanda astma, pnevmaniya və bronxit xəstəliklərinin inkişafına və dərinləşməsinə məruz qalır. Tütünçəkmə ilə vərəmin əlaqəsi yaxşı sübut olunub: tütün tüstüsünün tərkibinə vərəmin gizli infeksiyasını oyadan kimyəvi maddələr daxildir. Vərəmin aktiv forması ilə xəstə olan  insanlarda tütünçəkmə əlillik  və  tənəffüs çatışmazlığı nəticəsində ölüm riskini  artırır.

Ağciyərlərin sağlamlığının qorunması istiqamətində tütün əleyhinə mübarizə Çərçivə konvensiyasının həyata keçirilməsinin böyük töhfəsi olacaq. Ümumdünya Tütünsüz günü çərçivəsində Kampaniya  ağciyərlərin insan sağlamlığı və rifahı (salamatlığı) üçün böyük əhəmiyyət kəsb edir və tütün tüstüsünün ağciyərlərin sağlamlığına çox böyük təhlükə törətməsi barədə ictimaiyyətin məlumatlandırılmasına   yönəlmişdir.

ÜST-nın Çərçivə konvensiyasının və digər təşəbbüslərin geniş miqyasda həyata keçirilməsi bir çox insan  həyatını qorumağa və əhalinin sağlamlığı və rifahını yaxşılaşdırmağa imkan verəcək.

X.Qəmbərov

 

 

Şərh Yaz