Ödənişsiz hüquqi yardım

2019-cu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial Hüquqların Araşdırılması” ictimai birliyi tərəfindən vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi layihəsi həyata keçirilir.

İctimai birlik iyun ayının 12-də İsmayıllıda olub, hüquqi yardıma ehtiyacı olanları qəbul edib.

Keçirilən tədbirdə “Sosial Hüquqların Araşdırılması” ictimai birliyinin sədri, layihənin rəhbəri, professor Mais Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov da iştirak edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz