Hər körpəyə bir ağac

Qafqaz dağlarının ətəyində bir kənd var idi. Bu kəndin adı Sarıçiçək idi. Burada insanlar çox səmimi idilər. İnsanların fərqli bir adəti var idi. Təzə anadan olan uşaqlar üçün ağac əkirdilər. Ağac uşaqla bir böyüyürdü.

Günlərin bir günü Leyla xalanın bir oğlu oldu. İki qardaş öz aralarında danışırdılar ki, Leyla xalanın oğlu üçün ağac əksinlər. Qardaşlardan birinin adı Səməd o birinin adı isə Samir idi. Onlar yeri qazıb ağac əkdilər. İllər ötüb keçdi. Ağac balaca oğlanla birlikdə böyüyüb boy atdı. Leyla xalanın oğlu artıq böyümüşdü. İndi o, özü həmin ağaca qulluq edirdi.

Sarıçiçək kəndinin sakinləri bu adətləri ilə qırılmış meşələri bərpa etdilər. Həmin kənd yaşıllıqların əhatəsindədir. Kənd camaatı bu adətlərini indi də qoruyub saxlayırlar.

Hərəyə bir ağac əksək, dünyamız yaşıl cənnətə dönər. Yaşıllıqlar bizim sağlamlığımız üçün vacibdir. Gəlin meşələrimizi qırmayaq, onları qoruyaq!

 

Şərh Yaz