Çörəyə hörmət edək

Küçəmizdə Nadir adlı dəcəl bir oğlan yaşayırdı. O, özündən kiçik uşaqları incidir, böyüklərin sözünə qulaq asmırdı.

Bir gün qonşumuz Nübar xala onu çörək almağa göndərdi. Nadir çörək alıb qayıdan zaman yolda balaca bir pişik gördü. Aldığı çörəyin yarısını xırda tikələrə bölərək yola tökdü. Yoldan keçən yaşlı bir qadın Nadiri saxlayıb dedi:

Bala, çörəyi yerə tökmək günahdır. Üstəlik, sən onu həm də, ayaqlayıb keçirsən. Sən heç çörəyin necə əziyyətlə başa gəldiyini bilirsənmi? Orada taxıl əkənlərin, dəyirmanda un üyüdənlərin,  unu alıb xəmir yoğuranların, onu bişirənlərin nə qədər zəhməti olduğunu bilsən, bir də onu ayaqlar altına atmazsan. Çörək müqəddəsdir. Onun qədrini bilmək lazımdır.

Nadir öz səhvini başa düşdü. O, küçəyə tökdüyü çörək parçalarını yerdən yığdı. Nadir indi çörəyin neçə əziyyətlə süfrəyə gəldiyini anlamışdır.

Aynur Əhmədli,

3 nömrəli məktəb-liseyin şagirdi

 

Şərh Yaz