Təşəkkürə layiq xeyirxahlıq

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı ərəfəsində – 4 iyun 2019-cu il tarixdə Rayon Mərkəzi Xəstəxanasında keçirilən sünnət xeyriyyə aksiyasına 12 imkansız və aztəminatlı ailənin uşaqları cəlb olunub.

Rayon Mərkəzi  Xəstəxanasının cərrah həkimləri tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqların valideynləri və yaxınları bu xeyirxah təşəbbüsü irəli sürənlərə, eləcə də  işin icraçılarına dərin təşəkkürlərini bildiriblər.

 “İsmayıllı xəbərləri”

 

Şərh Yaz