Qoluna qüvvət, Nicat

Qol güləşi idman növü üzrə rayonumuzun əldə etdiyi uğurlarda məşqçi-müəllim Vüsal Qəzənfərovun gərgin əməyi var. Onun müntəzəm çalışmaları öz bəhrəsini verməkdədir.

May ayında Yunanıstanın Lutraki şəhərində idmanın bu növü üzrə Avropa birinciliyi keçirilib. İsmayıllı yetirməsi, Qol güləşi klubunun ümidverici üzvlərindən olan Nicat İsgəndərov sağ və sol qol üzrə sınaqda ikinci olmaqla kifayətlənib.

Yunanıstanda bayrağımızı ucaldan idmançımıza “Qoluna qüvvət!” – deyib yeni uğurlara imza atmasını arzu edirik.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz