Hüquqşünasın tribunası:

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı nədir?

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

 

Daşınmaz əmlakın dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır?

 

Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır.

 

Daşınmaz əmlak ürində əvvəllər yaranmışquqların tanınması deməkdir?

 

Daşınmaz əmlak üzərində vətəndaşların və hüquqi şəxslərin hüquqlarını əvvəllər dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsini saxlamasıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

Sualları cavablandırdı:

Nəriman Əsədov,

İsmayıllı rayon prokurorunun böyük məisi, II dərəcəli hüquqşünas

 

Şərh Yaz