Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu bayramı”

10 may 2019-cu il  tarixdə Heydər Əliyev adına Mərkəzi Meydanda Ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli  “Oxu bayramı” keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin işçiləri, təhsil müəssisələrinin tələbə və şagirdləri, müəllim və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar iştirak ediblər.
Tədbir  ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulma ilə başlanıb və Rayon Mədəniyyət Mərkəzinin qarşısında Mərkəzi kitabxananın hazırladığı  “Oxu bayramı” tədbiri ilə davam etdirilib. Tədbirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən rəsm, kitab sərgisi və kompozisiyalar nümayiş olunub. İfa olunmuş mahnılar, şeirlər tədbiri bir qədər də rəngarəng edib. Tədbir “Turizm bazarı”nda xalq sənətkarlıq nümunələrinin nümayişi  ilə davam etdirilib.
Bayram tədbirinin yekunu kimi Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında  “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib.

 

Şərh Yaz