Ümumrayon iməciliyi keçirilib

İsmayıllı rayonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təmizlik aylığı başa çatıb. Təmizlik aylığı aprel ayının 10-dan başlayıb may ayının 10-na kimi davam edib. 27 aprel 2019-cu il tarixdə təmizlik aylığı çərçivəsində rayon ərazisində ümumrayon iməciliyi və Akademik  Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ağacəkmə kompaniyası keçirilib.
Rayonun bütün yaşayış məntəqələrində, şəhər daxilində təmizlik işləri aparılıb, magistral yol kənarlarının təmizlənməsi və zibilliklərin ləğv edilməsi istiqamətində işlər aparılıb.
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ağacəkmə kompaniyası çərçivəsində şəhər ərazisində salınmış “Aprel zəfəri” parkında yeni ağaclar əkilib, eyni zamanda, bütün yaşıllıq zonalarında ağacların gövdələri ağardılıb, yeni ağaclar əkilib və digər abadlıq işləri görülüb.

                                           

Şərh Yaz