Milli qəhrəmanların təbliği ilə bağlı tədbir 

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində “Maarifçi Gənclər” ictimai birliyinin əməkdaşı ilə birgə “Milli qəhrəmanlarımızın orta ümumtəhsil məktəblərində şagirdlərin arasında təbliği” mövzusunda tədbir keçirilib.
Tədbiri şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov açaraq şagirdlərə Milli Qəhrəmanlarımızın dərslərdə təbliğ edilməsinin vacibliyini bildirib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək Milli Qəhrəmanlarımızın xalqımız, o cümlədən gənclərimiz üçün nümunə olmalarını vurğulayıb. İsmayıllıdan olan Milli Qəhrəmanlarımız haqqında danışıb.
“Maarifçi Gənclər” ictimai birliyinin əməkdaşı Azad Həmzəyev çıxış edərək müxtəlif bölgələrdə döyüşərək müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımız haqqında şagirdlərə geniş məlumat verib. İctimai birliyin tərtib etdiyi “Milli Qəhrəmanlarımız” adlı kitab və bukletlər şagirdlərə təqdim edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz