Özbək qonaqlar Heydər Əliyev Mərkəzində keramika sərgisi açıblar

????????????????????????????????????

Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərindən İsmayıllıya əməkdaşlıq sazişi imzalamaq üçün gəlmiş nümayəndə heyəti bir çox tədbirlərin iştirakçısı, eləcə də gətirdikləri keramika nümunələri sərgisinin təşkilatçısı olub.
Keramika sərgisi rayon ictimaiyyəti nümayəndələrinin maraqla, mütəşəkkilliklə gəldikləri Heydər Əliyev Mərkəzində  açılıb.
Sərgi iki hissədən – keramika və çini məmulatlardan ibarət olub.
Tədbiri jurnalist, ictimai fəal, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva açıb, sərginin məqsəd və məramından, Azərbaycan və Özbək xalqlarının sənətkarlığının qədim tarixindən və müasir durumundan danışıb.
Fəlsəfə elmləri doktoru, Özbəkistan Milli Universitetinin professoru Noqinaxon Şermuhamedova hər bir eksponatın simvolik mənasını açıqlayıb, sənətkarlıq dəyərini şərh edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyev dünyanın bir çox ölkələrində, xüsusilə Özbəkistanda həmişə dərin hörmət və böyük ehtiramla anılır. Heydər Əliyev Mərkəzində sərginin təşkili də məhz bu münasibətə əsaslanıb.
Mirdaməd Sadıqov sonda nümayəndə heyətinə sərginin təşkilinə görə rayon ictimaiyyəti adından Azərbaycan və ingilis dillərində təşəkkür məktubu təqdim edib.
Qonaqlar sərginin bütün eksponatlarını Heydər Əliyev Mərkəzinə hədiyyə ediblər.

V.Salehov,

Ş.Soltanov

 

Şərh Yaz