Çernobıl qəzasından 33 il ötdü

Aprel ayının 26-da “Qala” şadlıq sarayında Çernobıl faciəsinin 33-cü il dönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayonda yaşayan Çernobıl əlilləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq Çernobıl hadisələri barəsində geniş məlumat verib və hadisədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DSMF-nun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradov çıxış edərək Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısından, onların pensiya və müavinətlərinin ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə artırılmasından, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlərin həyata keçirilməsindən danışıb.
Bu sətirlərin müəllifi, Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin İsmayıllı rayon bölməsinin sədri Məleykə Lətifova birliyin 5 nəfər üzvü ilə aprel ayının 22-də Bakı şəhərindəki Rəşid Behbudov adına sarayda faciənin ildönümü münasibəti ilə keçirilən konfransda iştirakdan söz açdı. Bildirdi ki, hadisənin fəsadlarını, ağrı və acılarını hələ də canlarında daşıyan konfrans iştirakçıları öncə Ulu öndərin məzarını, daha sonra Şəhidlər xiyabanını ziyarət etdilər.

Bu tədbirdə də çıxış edənlərin hər biri onlara göstərilən qayğıya görə dövlət başçısına dərin minnətdarlıq ifadə ediblər.

M.Lətifova

 

Şərh Yaz