Ləyaqətlə yaşamaq örnəyi

Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində uğurlu addımlar atmaqdadır.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə: Hazırkı nəsil cırlaşıb, –  ifadəsi bizləri narahat etməyə bilməz. Bu situasiya üzərində işləyib, müəyyən çıxış yolunu  vacib sayanlar çoxdur.  Belələri sözün əsl mənasında, alqışa layiqdirlər. Sabahını düşünən insanlar həyatda olmayacaqları dövr üçün də çalışmalı, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb, ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdırlar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov məhz belə insanlardandır.
Vəzifəsini vicdanla yerinə yetirən, vətəndaşı olduğu dövlətin,  hakimiyyətin, xalqın və Prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən şərəfli məmurlar tarixən olmuş və gələcəkdə də olacaqdır. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bir məsələ məni həmişə düşündürüb. Qəti qərarımdır ki, yaxşılara yaxşısan demək, onların zəhmətinə düzgün qiymət vermək daha çox insanın halallığa, zəhmətsevərliyə meylini, bağlılığını artırar.
ATİAHİ İsmayıllı Rayon Komitəsində qayda-qanunla, eləcə də vətəndaşlara yüksək qayğıkeşliklə xidmət göstərilməsi Hafiz müəllimi hamının sevimlisi, ləyaqətlə yaşamaq örnəyi edib. Çətin və şərəfli işində Hafiz müəllimə və çalışdığı kollektivə gələcək işlərdə uğurlar arzulayırıq.

Vidadi Gözəlov

 

Şərh Yaz