Həvəsləndirmə istedadları üzə çıxarır  

 Aprel ayının 29-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə  mühasibat uçotu, tibb bacısının işi, məktəbəqədər təlim və tərbiyə, kompyuter şəbəkələri və hesablama texnikasının təmiri və servis xidməti qrupları arasında  bilik yarışması keçirilib.

Yarışma kollecin müəllimləri A.Salehzadə, A.Aslanova, E.Ağayev, K.Hüseynovanın təşkilatçılığı ilə təşkil olunub. Yarışmada məqsəd tələbələrin inkişafında təlim, peşə, ixtisas hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində təhsilin keyfiyyətini artırmaq, istedadlı tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və onları gələcək uğurlara həvəsləndirmək olub.

Yekun nəticəyə görə yarışmanın qalibi tibb bacısının işi  ixtisası üzrə 2818 qrupun tələbələri olublar.

Tehranə Cavadova,

kollecin tələbəsi

Şərh Yaz