Təmizlik və kağız israfını azaltmaq

 Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş İsmayıllı rayonunda 10 aprel-10 may tarixlərində keçirilən “Təmizlik aylığı” çərçivəsində rayonun bütün idarə və təhsil müəssisələrində kağız tullantılarının toplanması aksiyası keçirilib.
Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emala təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasına hər kəsi təşviq etməyi hədəfləyir. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi də bu layihəyə qoşularaq təmizlik aylığı müddətində 750 kiloqram kağız tullantısı təhvil verib.

Ş.Abışova

Şərh Yaz